Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Süni intellekt xəstə uşağa düzgün diaqnoz qoydu

Süni intellekt xəstə uşağa düzgün diaqnoz qoydu

Tarix: 16 Sentyabr 2023 07:36

Süni intellektə malik "chatbot" ChatGPT ABŞ-dan olan uşağa diaqnoz qoymağa kömək edib. 

Milli.Az Vesti.az-a istinadən xəbər verir ki, 17 həkim üç il ərzində uşağın xəstəliyini müəyyən edə bilməyib.

Daimi ağrılar hiss etməyə başlayanda Alex dörd yaşında idi. Anası Kortni oğluna bir növ kömək etmək üçün ona hər gün ağrıkəsicilər verirdi. Bundan əlavə, oğlanın əhval-ruhiyyəsi pozuldu, əsəbləşdi və sol ayağı düzgün işləməməyə başladı.

Kortni üç il ərzində onunla birlikdə 17 müxtəlif həkimə baş çəkdi, lakin onların heç biri dəqiq diaqnoz qoya və düzgün müalicə təyin edə bilmədi. Çarəsiz qalan amerikalı, Aleksin simptomlarını və müayinə nəticələrini xüsusi formada təsvir edən ChatGPT-dən istifadə etdi.

Buna cavab olaraq, uşağa çox nadir bir diaqnoz qoyuldu - onurğa beyni sindromu. Bunu neyrocərrahlar da təsdiqlədilər. Mütəxəssislər oğlanın üzərində cərrahiyyə əməliyyatı apararaq onu ağrılardan azad ediblər. Uşaq hazırda həkim nəzarətindədir və sağalır.

Milli.Az


Etiketlər:  Süni intellekt xəstə uşağa düzgün diaqnoz qoydu


RƏYLƏR