Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Pilotlarımız havaya qalxdı - Çətin döyüş manevrləri yerinə yetirildi - VİDEO

Pilotlarımız havaya qalxdı - Çətin döyüş manevrləri yerinə yetirildi - VİDEO

Tarix: 16 Sentyabr 2023 09:46

Cari ilin hazırlıq planına əsasən, Azərbaycan Hərbi Hava Qüvvələrinin (HHQ) pilotlarının peşəkarlığının daha da artırılması, uçuş vərdişlərinin təkmilləşdirilməsi məqsədilə keçirilən təlim-məşq uçuşları davam edir.

Milli.Az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, plana uyğun olaraq heyətə təhlükəsizlik qaydaları çatdırıldıqdan sonra müəyyən edilmiş marşrutlar üzrə gündüz vaxtı və gecə məhdudgörmə şəraitində havaya qalxma, yerə enmə, həmçinin, müxtəlif hündürlüklərdə çətin pilotaj və döyüş manevrləri üzrə tapşırıqlar icra olunub.

Qeyd edilib ki, təlim-məşq uçuşları zamanı qarşıya qoyulan bütün tapşırıqlar yüksək peşəkarlıqla yerinə yetirilib.

Milli.Az


Etiketlər:  Pilotlarımız havaya qalxdı Çətin döyüş manevrləri yerinə yetirildi VİDEO


RƏYLƏR