Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 30 Oktyabr 2019 16:09
Bakı. Trend:
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin (Agentlik) İdarə Heyətinin sədri Zaur Əliyev Böyük Britaniya Baş Nazirinin Azərbaycan üzrə ticarət elçisi Baronessa Emma Nikolsonun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
Agentlikdən Trend-ə verilən məlumata görə, görüşdə səhiyyə sahəsində həyata keçirilən islahatlarla bağlı Agentliklə əməkdaşlıq məsələləri müzakirə edilib. Baronessa Emma Nikolson sözügedən sahədə Böyük Britaniyanın Azərbaycanla öz təcrübəsini bölüşməyə hazır olduğunu bildirib.
Agentliyin İdarə Heyətinin sədri Zaur Əliyev gələn ildən etibarən ölkə üzrə icbari tibbi sığortanın tətbiqinə hazırlıq prosesi, Mingəçevir şəhəri, Yevlax və Ağdaş rayonlarında pilot layihə çərçivəsində həyata keçirilən icbari tibbi sığortanın müsbət nəticələri barədə nümayəndə heyətinə məlumat verib.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin