Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 19 Sentyabr 2023 14:09
Ağdam-Xankəndi yolu vasitəsilə Xankəndiyə göndərilən humanitar yüklərin arasında Türkiyə istehsalı uşaq bezləri də varmış.
Sonxeber.net axar.az-a istinadən bildirir ki, bu barədə erməni mediası məlumat yayıb.
Bildirilib ki, Qarabağdakı ermənilər bundan "xəbər tutduqdan" sonra o bezlərin yandırılmasını tələb ediblər. İddialara görə, Ağdamdan yalnız Rusiya Qızıl Xaç Cəmiyyətinin "Rusiya istehsalı olan malları" gətirməsinə izn verilib.
Xatırladaq ki, separatçılar göndərilən yardımın "xüsusi ekspertizadan keçəndən sonra" paylanacağını açıqlayıb.