Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 30 Oktyabr 2019 18:51
Bakı. Elçin Mehdiyev – Trend:
2019-cu ilin yanvar-sentyabr aylarında Azərbaycanda maşın və avadanlıqların, sair nəqliyyat vasitələrinin, avtomobil, qoşqu və yarımqoşquların istehsalı sahələrində 221,7 milyon manatlıq məhsul istehsal edilib.
Trend-in məlumatına görə, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə maşın və avadanlıqların istehsalı 1,8 faiz artıb, sair nəqliyyat vasitələrinin istehsalı 11,9 faiz, avtomobil, qoşqu və yarımqoşquların istehsalı isə 32,2 faiz azalıb.
Dövr ərzində 886 ədəd traktor, 1688 ədəd minik avtomobili istehsal olunub.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin