Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 22 Sentyabr 2023 14:40
Ukrayna münaqişədə uğur qazanacağı təqdirdə ABŞ diqqətini Çinə yönəldəcək.
Sonxeber.net axar.az-a istinadən bildirir ki, bunu NATO-nun Baş katibi Yens Stoltenberq deyib.
"Əgər ABŞ Çindən narahatdırsa, o zaman Ukraynanın qələbəsini təmin etmək lazımdır", - deyə alyansın baş katibi bildirib.
Stoltenberqin fikrincə, Kiyev münaqişədə qalib gəlsə, ABŞ (Ukraynanın timsalında) Avropada ikinci ən böyük orduya sahib olacaq ki, bu da Vaşinqtonun diqqətini Çinə yönəltməsini asanlaşdıracaq və regiondakı vəziyyətlə bağlı narahatlığını azaldacaq.