Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 24 Sentyabr 2023 05:20
7 aylıq hamilə olan aktrisa Ezgi Mola həyat yoldaşı Mustafa Aksakallı ilə İstanbulun Nişantaşı səmtində gəzərkən obyektivlərə tuş gəlib.
Sonxeber.net axşam.az-a istinadən bildirir ki, bir müddət əvvəl əri ilə bağlı açıqlamasında "Daha çox yanımda olmasını istəyərdim" deyən Mola jurnalistlərin suallarını cavablandırıb.
"Hamilə qadınların duaları tez qəbul olur deyirlər. Buna görə də, hamı məndən onun üçün dua etməyimi istəyir. Övladımın dünyaya gəlməyinə 2-2,5 ay qalıb. Doğuş Türkiyədə olacaq. Səhhətimdə hər şey yolundadır" deyə, Ezgi bildirib.