Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Valideynini qocalar evinə göndərənlərə sərt cəza veriləcək

Valideynini qocalar evinə göndərənlərə sərt cəza veriləcək

Tarix: 27 Sentyabr 2023 13:54

Qırğızıstanda valideynlərini qocalar evinə yerləşdirən və onlara aliment ödəməyən vətəndaşların cəzalandırılması təklif edilir. Müvafiq qanun layihəsini Joqorku Keneşin (Parlament) deputatı Tazabek İkramov hazırlayıb və artıq parlamentin müvafiq komitəsi tərəfindən bəyənilib.

Milli.Az oxu.az-a istinadən bildirir ki, valideyn himayəsindən yayınmağa (alimentin ödənilməməsinə) görə 50-100 min som (təqribən 960-1900 manat) cərimə və ya bir ildən iki ilədək həbs cəzası təklif edilir.

Sakin qocalar evinə qoyularsa, direktor aliment üçün məhkəməyə müraciət etməlidir. İkramovun sözlərinə görə, bu, ona görə lazımdır ki, indi yaşlı vətəndaşlar aliment almaq üçün ərizə yazmaqdan imtina edirlər. Deputat elə şərait yaradılmasını təklif edir ki, heç bir Qırğızıstan vətəndaşı valideynlərini qayğısız qoymasın.

"Valideynini qoyub gedən adamın ölkəyə heç bir xeyri olmaz, belə adamlar dövlət qulluğuna qəbul edilməyəcəklər", - deyə İkramov bildirib.

Milli.Az


Etiketlər:  Valideynini qocalar evinə göndərənlərə sərt cəza veriləcək


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ