Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

“Google”un 25 yaşı tamam oldu

“Google”un 25 yaşı tamam oldu

Tarix: 27 Sentyabr 2023 18:56

Artıq 25 ildir ki, internet istifadəçiləri "Google" axtarış sistemindən istifadə edərək məlumat axtarırlar.

Milli.Az oxu.az-a istinadən bildirir ki,  "Google" rəsmi yaranma tarixi 4 sentyabrdır. 1998-ci ilin bu günü Stenford Universitetinin iki tələbəsi Larri Peyc və Sergey Brin öz axtarış sistemini işə salıblar.

Lakin 2005-ci ildən "Google"un yaranma günü sentyabrın 27-də qeyd olunur. Tarix rekord indeks miqdarını (yəni axtarış sistemi tərəfindən baxış keçirilən rekord sayda səhifə) elan etmək üçün dəyişdirildi.

Yaranma gününü qeyd etmək üçün "Google" baş səhifəsinə axtarış sisteminin loqosunun illər ərzində necə dəyişdiyini göstərən animasiya əlavə edib.

Milli.Az


Etiketlər:  Googleun 25 yaşı tamam oldu


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ