Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

"3 ildir ad günümü onları anmaqla qeyd edirəm" - FOTOlar

Tarix: 29 Sentyabr 2023 02:25

Aparıcı Aytəkin Mərdanovanın ad günüdür. 

Milli.Az axşam.az-a istinadən bildirir ki, aparıcı bunun üçün obyektiv qarşısına keçərək, fotosessiya etdirib. Aytəkin iki fərqli obraz yaradıb. 

"Düz üç il bundan əvvəl Zəfər yolumuza məhz bu gün - sentyabrın 27-i ilk addım atıldı. Hər günü bir tarix olan 44 günlük qəhrəmanlıq salnaməmizə neçə-neçə igid oğullar öz canları, qanları ilə adlarını yazdırdılar. Şəhidlərimizin ruhuna ehtiram əlaməti olaraq mən də artıq 3 ildir ki, bu günü, yəni doğum günümü onları anmaqla qeyd edirəm. Qalib ölkənin qürurlu vətəndaşı kimi bu tarixlə indi daha çox fəxr edirəm. Doğum günümdə həm Qarabağlı Azərbaycanımıza, həm də özümə ancaq yüksəliş arzu edirəm" deyə, aparıcı bildirib. 

Milli.Az


Etiketlər:  3 ildir ad günümü onları anmaqla qeyd edirəm FOTOlar


RƏYLƏR