Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Separatçılar yalvarmağa başladı

Separatçılar yalvarmağa başladı

Tarix: 30 Sentyabr 2023 07:15

Samvel Şahramanyan separatçı rejimin rəhbərliyini Qarabağdan təhlükəsiz şəkildə çıxarmaq üçün Azərbaycan rəsmiləri ilə danışıqlar aparır.

Sonxeber.net news24.az-a istinadən xəbər verir ki, bu barədə "Hayeli.am" məlumat yayıb. Nəşrin məlumatına görə, separatçıların keçmiş üç başçısı - Bako Saakyan, Arkadi Qukasyan və Arayik Arutyunyan, "keçmiş xarici işlər naziri" Davit Babayan həbs təhlükəsi ilə üz-üzədir.

"Hazırda həmin şəxslərin Qarabağda olduğu bildirilir. Bundan başqa, "Röyter"in məlumatına görə, Azərbaycanda həbs ediləcək 200-ə yaxın hərbi cinayətkarın siyahısı var. Davit Babayan artıq təslim olacağını dünən bəyan edib. Mənbə digər separatçı - Artak Beqlaryanın isə harada olduğunu bilmir", - deyə sayt bildirib.


Etiketlər:  Separatçılar yalvarmağa başladı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ