Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Azərbaycan və BƏƏ XİN-ləri arasında siyasi məsləhətləşmələr keçirilib (FOTO)

Azərbaycan və BƏƏ XİN-ləri arasında siyasi məsləhətləşmələr keçirilib (FOTO)

Tarix: 31 Oktyabr 2019 13:27

Bakı. Trend:

Əbu Dabi şəhərində Azərbaycan Respublika Xarici İşlər Nazirliyi və Birləşmiş Ərəb Əmirliklərinin Xarici İşlər və Beynəlxalq Əməkdaşlıq Nazirliyi arasında 2-ci siyasi məsləhətləşmələr keçirilib.

Xarici İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, nümayəndə heyətlərinə Azərbaycan tərəfindən Xarici İşlər nazirinin müavini Ramiz Həsənov, BƏƏ tərəfindən isə Xarici İşlər və Beynəlxalq Əməkdaşlıq nazirinin siyasi məsələlər üzrə müavini Xəlifə Şahin Al Marar rəhbərlik ediblər.

Görüş əsnasında siyasi, iqtisadi, ticarət, turizm, elm-təhsil, humanitar və s. sahələrdə ikitərəfli münasibətlər, Azərbaycan-BƏƏ əlaqələri, ölkəmizdə gedən sosial-iqtisadi inkişaf, o cümlədən iki ölkə arasında regional, eləcə də BMT və digər beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq münasibətiləri müzakirə olunub.

Siyasi sahədə əlaqələrdən məmnunluğunu ifadə edən R.Həsənov iqtisadi əlaqələrimizin iki ölkə arasında mövcud olan potensialı əks etdirmədiyini təəssüflə qeyd edib. O, iqtisadi-ticarət sahəsində geniş imkanların olduğuna işarə edərək, bu istiqamətdə hüquq-müqavilə bazasının daha da genişləndirilməsinin, həmçinin hər iki ölkənin iş adamlarının qarşılıqlı səfərlərinin intensivləşməsinin vacibliyini vurğulayıb.

R.Həsənov hər iki ölkənin dövlət başçılarlı, həmçinin xalqları arasında sıx dostluq əlaqələrinin mövcud olduğunu, müxtəlif səviyyələrdə qarşılıqlı rəsmi səfərlərin həyata keçirildiyini, Azərbaycan Respublikasının tarixən dini və mədəni köklərlə bağlı olduğu ərəb ölkələri, o cümlədən Birləşmiş Ərəb Əmirlikləri ilə əlaqələrin inkişafına və müxtəlif sahələrdə əməkdaşlığın genişləndirilməsinə xüsusi əhəmiyyət verdiyini diqqətə çatdırıb.

X.Al Marar Bakıda keçirilmiş Qoşulmama Hərəkatının XVIII Zirvə Görüşünün yüksək səviyyədə təşkil olunması münasibəti ilə təbrik edərək, tədbir çərçivəsində BƏƏ nümayəndə heyətinə göstərilmiş diqqətə görə təşəkkürünü ifadə edib.

R.Həsənov qarşı tərəfə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi haqqında ətraflı məlumat verərək, münaqişənin həll olunması istiqamətində aparılan danışıqlar prosesi və Azərbaycanın beynəlxalq tanınmış sərhədləri çərçivəsində suverenliyi və ərazi bütövlüyü əsasında həll edilməsi məqsədilə ATƏT-in Minsk Qrupunun və beynəlxalq birliyin səylərinin artırılmasının zəruriliyini vurğulayıb.

R.Həsənov, həmçinin Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsi və Azərbaycanın işğal olunmuş digər ərazilərində istehsal olunan məhsulların müxtəlif adlarla BƏƏ bazarına çıxarılmasının qarşısının alınmasında BƏƏ tərəfinin beynəlxaq qanun və qaydalara riayət edərək göstərdiyi mövqeyə görə təşəkkürünü bildirib.

Tərəflər cari ilin noyabr ayında Bakıda keçiriləcək Azərbaycan Respublikası Hökuməti və Birləşmiş Ərəb Əmirlikləri Hökuməti arasında iqtisadi, elmi-texniki və mədəni əməkdaşlıq üzrə İqtisadi Komissiyanın 7-ci iclasının əhəmiyyətini qeyd edib, həmçinin sözügedən iclasda müzakirə olunacaq sahələr, o cümlədən enerji, kənd təsərrüfatı, qarşılıqlı investisiya qoyuluşu, baxılmaqda olan saziş və anlaşma memorandumu layihələri ətrafında fikir mübadiləsi aparıblar.

Tərəflər turizm sahəsində iki ölkə arasında mövcud əlaqələrə toxunaraq, əvvəlki illərlə müqayisədə BƏƏ-dən Azərbaycana səfər edən turistlərin sayının üç dəfə artdığı məmnunluqla qeyd ediblər. Öz növbəsində R.Həsənov qarşlılıqlı turizm əlaqələrinin təşviq olunması və turist axınının daha da artırılması məqsədilə ümumvətəndaş pasportlarına malik olan Azərbaycan turistlərinin BƏƏ-yə giriş vizasından azad edilməsi məsələsini qaldırıb.

Tərəflər mədəniyyət sahəsində də mövcud əlaqələrin daha da genişləndirilməsinin, həmçinin qarşılıqlı mədəniyyət günlərinini keçirilməsi, sərgi və simpoziumların təşkil olunmasının əhəmiyyətini qeyd ediblər.

Görüş zamanı tərəflər, habelə regional və beynəlxalq təhlükəsizlik, qarşılıqlı maraq kəsb edən digər ikitərəfli və beynəlxalq mövzular ətrafında fikir mübadiləsi aparıblar. Qarşılıqlı anlaşma şəraitində keçirilmiş görüşün sonunda Xarici İşlər nazirinin müavini Ramiz Həsənov BƏƏ Xarici İşlər və Beynəlxalq Əməkdaşlıq nazirinin siyasi məsələlər üzrə müavini Xəlifə Şahin Al Mararı Azərbaycana səfərə dəvət edib.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin

Azərbaycan və BƏƏ XİN-ləri arasında siyasi məsləhətləşmələr keçirilib (FOTO) Azərbaycan və BƏƏ XİN-ləri arasında siyasi məsləhətləşmələr keçirilib (FOTO) Azərbaycan və BƏƏ XİN-ləri arasında siyasi məsləhətləşmələr keçirilib (FOTO) Azərbaycan və BƏƏ XİN-ləri arasında siyasi məsləhətləşmələr keçirilib (FOTO) Azərbaycan və BƏƏ XİN-ləri arasında siyasi məsləhətləşmələr keçirilib (FOTO) Azərbaycan və BƏƏ XİN-ləri arasında siyasi məsləhətləşmələr keçirilib (FOTO)


Etiketlər:  Azərbaycan BƏƏ XİN ləri arasında siyasi məsləhətləşmələr keçirilib FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ