Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Aydın Quliyev: İctimaiyyətin geniş dəstəyindən məhrum olan heç bir siyasi çağırış uğur qazanmaq şansına malik deyil

Aydın Quliyev: İctimaiyyətin geniş dəstəyindən məhrum olan heç bir siyasi çağırış uğur qazanmaq şansına malik deyil

Tarix: 31 Oktyabr 2019 14:03

Bakı. Samir Əli - Trend:

Sosial bazası və təşkilat-kadr potensialı mövcud siyasi vəziyyətə hiss olunan dərəcədə təsir göstərmək gücü olmayan radikal müxalifət dairələrinin birləşmək çağırışları indiyə qədər ardıcıl iflasa uğramış aksiyalar kimi cəmiyyət arasında qeyri-ciddi qarşılanır və ictimai rəydə heç bir təsir gücünə malik deyil.

Bunu Trend-ə açıqlamasında "Bakı xəbər" qəzetinin baş redaktoru, siyasi ekspert Aydın Quliyev "Müsavat" Partiyasının sədri Arıf Hacılının bir qrup radikal müxalifətçini dəyirmi masaya dəvəti ilə bağlı məsələyə münasibət bildirərkən deyib.

Onun sözlərinə görə, həmin şəxslərin hər biri ayrılıqda siyasi perspektivini tam itirmiş və özlərini gurultulu şəkildə partiya, şura, hərəkat və sair adlandıran bu subyektlər mücərrəd birləşmə çağırışları edəndə cəmiyyət ilk növbədə onların uğursuz keçmişinə qayıdır, xalqa fayda verməkdən daha çox bir-birinə qarşı tutarlı kompromat və intriqa mübarizələri apardıqlarını yada salır, onların niyə belə dağınıq və gücsüz vəziyyətə düşdükləri barədə suallar verir: "Xalq bilir ki, bu adamlar özlərini hakimiyyətdə və dövlət vəzifələrində yarıtmaz aparıb, onlara göstərilmiş etimada məsuliyyətsiz yanaşıb və öz şəxsi ambisiyalarının təntənəsinə daha çox çalışıblar. Əsasən, bir illik dağıdıcı və istedadsız AXC hakimiyyətinin uğursuz kadrlarından və bir vaxtlar indiki hakimiyyətin sıralarından korrupsiya və digər neqativ hallara görə çıxdaş edilmış şəxslərdən ibarət olan bu toplum sadəcə qisasalma niyyətlərindən başqa heç nəyə qadir deyillər. Bunun üçün isə onların yetəri qədər potensial və gücləri yoxdur. Bu şəxsləri cəmiyyət yaxşı tanıdığı üçün onların çağırış və hərəkətlərinin cəmiyyətdə hər hansı kütləvi dəstək qazanması mümkünsüzdür. Ayrı-ayrılıqda siyasi güc olmaq göstəricilərindən məhrum olan bu "ekslər"in birləşəndən sonra da gücə çevrilə bilmələri mümkünsüzdür.

Sadə bir səbəb var: cəmiyyət bu insanların uğursuz hakimiyyət və vəzifə sahibləri olduqlarını yaxşı bilir. İnsanlara sirr deyil ki, düçar olduqları vəziyyətdən çıxmaq üçün bir-birinə yaxınlaşmaq istəyən radikal rəhbərlər əslində bir-birinə düşmən kimi baxan barışmaz ambisiozlardan başqa kimsə deyillər. Xalq bu adamların o qədər saysız formatlarda birləşərək sonradan bir-birinin üstünə yeridiklərini görüb ki, daha onlara inana bilməz. Birləşməyə cəhd edənlərin əsas hədəfi ölkədə sabitliyi pozmaq, vətəndaş itaətsizliyi yaratmaq və 80-ci illərin sonlarında olduğu kimi xalqın onlara qoşulmayan hissəsini qorxutmaq, hakimiyyəti güc yolu ilə ələ keçirməkdir. Xalq belə planları və onun acı nəticələrini artıq gördüyü üçün indiki sabitliyin altetnativinin olmadığına əmindir".

Ekspert bildirir ki, ölkədə guya siyasi durumu dəyərləndirmək adı altında toplanış səylərinin əsl hədəfinin nədən ibarət olduğu aydındır: "İndiyədək ölkədə ancaq sabitliyi pozmaq, itaətsizlik, xaos və qarşıdurma mühiti yaratmağa cəhdlər göstərmiş siyasi dairələrin niyyəti pozitiv ola bilməz. Cəmiyyət onu da yaxşı bilir ki, bu subyektlər indiyə qədər də şura, konqres, hərəkat, alyans, xalq qurultayı və sair kimi parlaq adlar altında xalqın diqqətini çəkməyə çox cəhdlər göstəriblər, hamısı da eyni səbəbdən iflasa uğrayıb. Çünki bu birliklər səmimi deyil, xalqın siyasi zövqünə cavab verə bilməyib, indiki hakim sosial-siyasi kursa, Qarabağ probleminin həlli perspektivinə real alternativ təklif verə bilməyiblər.

İctimaiyyətin geniş dəstəyindən məhrum olan heç bir siyasi çağırış uğur qazanmaq şansına malik deyil. Bu mənada, hazırda birləşmə çağırışı içində olanların arasında xalqın birmənalı yanaşdığı xarizmatık lider şəxsiyyətinin olmaması da bu prosesin iflasa uğrayacağını öncədən həll edən faktordur. Məşhur riyazi formulla daha konkret desək, başlığında "1" rəqəmi olmayan sıfırlar güc subyektlərinin hansı sayda birləşməsindən asılı olmayaraq nəticəni dəyişməz".

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Etiketlər:  Aydın Quliyev İctimaiyyətin geniş dəstəyindən məhrum olan heç siyasi çağırış uğur qazanmaq şansına malik deyil


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ