Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 3 Oktyabr 2023 18:24
"Heç kim Zəngəzur dəhlizinin açılmasına mane ola bilməyəcək"
"Zəngəzur dəhlizi bizim hamımızın 100 illik xəyalımızdır".
Sonxeber.net Xəzər TV-yə istinadən bildirir ki, bunu türkiyəli siyasətçi Sinan Oğan Zəngəzur dəhlizinin əhəmiyyətindən danışarkən deyib.
O bildirib ki, Zəngəzur dəhlizinin açılması Naxçıvanla Azərbaycanın birbaşa əlaqəsinin yaranması, Qərbi Azərbaycana normal gedişin təmin edilməsi və İğdırdan çıxan bir avtomobilin heç dayanmadan türk dünyasının hər bir yerinə gedə bilməsi deməkdir: "Mən Zəngəzur dəhlizinin gec - tez reallaşacağını düşünürəm. Ermənistan onu (Zəngəzur dəhlizi - red) gecikdirməyə çalışa bilər. Bəzi pis niyyətli qonşularımız ona əngəl yaratmağa çalışa bilər. Amma buna nail ola bilməyəcəklər. Çünki Türkiyə və Azərbaycanın qardaşlığ, hörmətli Ərdoğanın və hörmətli Əliyevin qardaşlığı bu dəhlizin açılacağının təminatı olacaq".