Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Cəsarətli soyğunçuluq: Tıxacda dayanan sürücüyə...

Cəsarətli soyğunçuluq: Tıxacda dayanan sürücüyə...

Tarix: 3 Oktyabr 2023 22:18

Moskvanın cənub-şərqində 90-cı illərin üslubunda cəsarətli soyğunçuluq edilib. Naməlum şəxslər tıxacda dayanan sürücüyə hücum edib.

Moskva Prokurorluğunun mətbuat xidməti xəbər verir ki, hadisə Donetska küçəsində baş verib. 

Milli.Az lent.az-a istinadən bildirir ki, soyğunçular işıqforda dayanan "Mercedes" markalı avtomobilə yaxınlaşaraq atəş açıb, sonra isə balta ilə şüşəni sındırıblar. Quldurlar "Infinity" ilə qaçıblar.

Hücum nəticəsində 48 yaşlı "Mercedes" sürücüsü xəstəxanaya aparılıb. Daha sonra cinayətkarların avtomobili Batayski proezdində tərk edilmiş vəziyyətdə tapılıb.

Hadisə ilə bağlı quldurluq maddəsi ilə cinayət işi açılıb.

Milli.Az


Etiketlər:  Cəsarətli soyğunçuluq Tıxacda dayanan sürücüyə


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ