Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

95 qız şagird eyni vaxtda insult keçirdi: Məktəbi bağladılar - FOTO

95 qız şagird eyni vaxtda insult keçirdi: Məktəbi bağladılar - FOTO

Tarix: 5 Oktyabr 2023 16:52

Keniyanın qərbində, paytaxt Nayrobidən 374 kilometr şimal-qərbdə yerləşən orta məktəbdə 95 məktəbli qız özünü pis hiss edib.

Milli.Az oxu.az-a istinadən bildirir ki, şagirdlər naməlum xəstəlik səbəbindən xəstəxanaya yerləşdiriliblər.

Bu barədə regional təhsil nümayəndəsi Bonfeys Okoz məlumat verib.

Onun sözlərinə görə, şagirdlərin ayaqları iflic olub, əksəriyyəti yeriyə bilməyəcək vəziyyətə düşüb.

Hadisədən sonra məktəb rəhbərləri və Təhsil Nazirliyinin rəsmiləri arasında keçirilən görüşdən sonra məktəb qeyri-müəyyən müddətə bağlanıb.

Məktəb rəsmiləri bildiriblər ki, xəstəliyin nədən qaynaqlandığı araşdırıldıqdan və lazımi tədbirlər görüldükdən sonra şagirdlər dərslərinə davam edə biləcəklər.

Xəstəliyin müəyyən edilməsi üçün məktəblilərdən qan nümunələri götürülüb və Keniya Tibbi Araşdırma İnstitutunun (KEMRI) laboratoriyalarına göndərilib.

Milli.Az


Etiketlər:  95 qız şagird eyni vaxtda insult keçirdi Məktəbi bağladılar FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ