Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

BMT-nin Baş katibi İsrailə hücumu pislədi

BMT-nin Baş katibi İsrailə hücumu pislədi

Tarix: 7 Oktyabr 2023 21:32

Birləşmiş Millətlər Təşkilatının Baş katibi Antonio Quterreş "HƏMAS"ın İsrailə hücumunu pisləyib.

Milli.Az report-a istinadən xəbər verir ki, bu barədə baş katibin rəsmi nümayəndəsi Stefan Düjarrikin şərhində deyilir.

"BMT-nin Baş katibi HƏMAS-ın İsrailin Qəzza zolağı yaxınlığında və mərkəzi İsrail şəhərlərinə hücumunu, o cümlədən İsrailin məskunlaşdığı ərazilərə minlərlə raket atılmasını qətiyyətlə pisləyir", - deyə Dujarrik bildirib.

Bundan əlavə, o qeyd edib ki, Quterreş Fələstin-İsrail münaqişəsinin tərəflərini maksimum təmkinli olmağa çağırıb.

Təşkilatın baş katibinin sözlərinə görə, İsrail ətrafında vəziyyətin daha da gərginləşməsinin qarşısını almaq üçün diplomatik səylərə ehtiyac var.

Milli.Az


Etiketlər:  Baş katibi İsrailə hücumu pislədi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ