Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 10 Oktyabr 2023 07:54
Vətənin Qurtuluşu Milli Şurası Fransa qoşunlarının Nigerdən çıxarılmasına oktyabrın 10-da başlanacağını bildirib.
Sonxeber.net report-a istinadən xəbər verir ki, bu barədə hökumətdəki mənbələrə istinadən "Agence France-Presse" xəbər yayıb.
Digər təfərrüatlar hələlik açıqlanmayıb. Oktyabrın 6-da "Əl-Cəzirə" telekanalı mənbələrə istinadən xəbər verib ki, Fransa oktyabrın 9-da Nigerdən qoşunlarını çıxarmağa başlayacaq.
Fransa silahlı qüvvələrinin komandanlığı hərbi kontingentin Nigerdən kənarda müvəqqəti yerləşdirilməsinin yerini də müəyyən edib. Qoşunlar Fransanın Saheldəki qüvvələrinin qərargahının yerləşdiyi qonşu Çada yerləşdiriləcək.