Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Fransa Ermənistana hərbçilərini YOLLADI - FOTO

Fransa Ermənistana hərbçilərini  YOLLADI - FOTO

Tarix: 10 Oktyabr 2023 09:39

 Fransanın mülki təhlükəsizlik əsgərləri Ermənistandadır.

Milli.Az bildirir ki, Fransa Respublikasının Ermənistandakı səfiri Olivier Decotigny-nin X-dəki mikrobloqunda verdiyi məlumata görə, "HOPE" aksiyasında iştirak etmək üçün Fransanın 56 mülki təhlükəsizlik işçisi, 2 "Dash" təyyarəsi, 1 mobil idarəetmə postu, 8 ton texnika və 2 xilasedici it Ermənistana gəlib.

Xatırladaq ki, 2023-cü il oktyabrın 9-dan 13-dək Ermənistanda "Effektiv planlaşdırma, cavab tədbirləri və birgə tədbirlər vasitəsilə Cənubi Qafqazın həssas ərazilərində zəlzələ riskinin inteqrasiya olunmuş idarə edilməsi" adlı genişmiqyaslı HOPE 2023 təlimi keçiriləcək.

Təlimlərdə Ermənistan, Gürcüstan, Kipr, Fransa, Yunanıstan, Monteneqro və Şimali Makedoniyadan olan 300-dən çox xilasedici və mütəxəssis iştirak edəcək.

Proqram Avropa İttifaqı tərəfindən maliyyələşdirilir və  20 il əvvəl istifadəyə verilib.

Milli.Az


Etiketlər:  Fransa Ermənistana hərbçilərini YOLLADI FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ