Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Qarabağdakı sülhməramlılar buna hazırdır - Lavrov

Qarabağdakı sülhməramlılar buna hazırdır - Lavrov

Tarix: 10 Oktyabr 2023 10:22

"ABŞ və Avropa İttifaqı (Aİ) qeyri-sabitlik yaydığı halda, Qarabağdakı Rusiya sülhməramlı kontingenti (RSM) Cənubi Qafqazda dinc həyatın bərqərar olmasına kömək etməyə hazırdır".

Sonxeber.net report-a istinadən xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov "Qlobal siyasətdə Rusiya" jurnalında dərc olunan "BMT Nizamnaməsinin prinsiplərinə bütövlükdə uyğunluq, qarşılıqlı əlaqə - beynəlxalq sülh və sabitliyin rəhnidir" məqaləsində bildirib.

"İndi Brüssel öz geosiyasi ambisiyalarını Azərbaycan və Ermənistan arasında vasitəçilik xidmətləri adı altında gizlədir. Vaşinqtonla birgə Cənubi Qafqazda sabitliyin pozulmasına səbəb olur", - o qeyd edib.

S.Lavrov vurğulayıb ki, hazırda Azərbaycan və Ermənistan liderləri qarşılıqlı tanınma məsələsini öz aralarında həll ediblər: "İki ölkənin suverenliyi baxımından dinc həyat qurmağın, etimadın yaradılmasının vaxtı çatıb. Rusiya sülhməramlı kontingenti bu istiqamətdə hər cür töhfə verməyə hazırdır".


Etiketlər:  Qarabağdakı sülhməramlılar buna hazırdır Lavrov


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ