Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 5 May 2019 11:48
Bakı. Vüqar İmanov - Trend:
"Bakı Marafonu 2019"un qalibi müəyyənləşib.
Trend-in məlumatına görə, finişə ilk çatan uqandalı iştirakçı Ssenyange İsmayıl olub.
Xatırladaq ki, bu gün Bakıda Heydər Əliyev Fondunun təşkilatçılığı ilə "Bakı Marafonu-2019" keçirilib. "Küləyə qalib gəl" şüarı altında artıq dördüncü ildir təşkil olunan Bakı marafonu Dövlət Bayrağı Meydanından start götürərək Bakı Olimpiya Stadionuna qədər 21 kilometr məsafəni əhatə edib.
Layihənin məqsədi idmanın inkişafına dəstək göstərmək, sağlam həyat tərzini təbliğ etmək, insanları xeyirxah amallar ətrafında bir araya gətirməkdir.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin