Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

"Ramosla bir komandada oynamaq istərdim" - Pike

Tarix: 31 Oktyabr 2019 22:24

“Bir çox “Real”lı futbolçu ilə münasibətim yaxşıdır. Onlar haqqında heç vaxt pis söz işlətməmişəm. Onlar mənə hörmət edir, mən də onlara”.

Qol.az xəbər verir ki, bu sözləri “Barselona”nın futbolçusu Jerar Pike “Cadena SER”ə açıqlamasında deyib.

Əzəli rəqibləri olan “Real”ın futbolçuları ilə münasibətlərindən danışan ispaniyalı müdafiəçi bildirib: “Serxio Ramos, Lukas Vaskes və Naço ilə eyni komandada oynamaq istərdim. Yaxın dost deyilik, ancaq yaxşı yoldaşıq.

“Real”ın futbolçuları ilə heç bir problemim yoxdur. Bəzi adamlar derbini şəxsi həyatlarına qatırlar. Ancaq bu, mənlik deyil. Mənim üçün hörmət ən birinci gəlir”.
 


Etiketlər:  Ramosla bir komandada oynamaq istərdim Pike


RƏYLƏR