Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Bakı Marafonu 2019''un qadın kateqoriyası üzrə qalibi məlum oldu (FOTO)

''Bakı Marafonu 2019''un qadın kateqoriyası üzrə qalibi məlum oldu (FOTO)

Tarix: 5 May 2019 12:28

Bakı. Vüqar İmanov - Trend:

"Bakı Marafonu 2019"un qadın kateqoriyası üzrə qalibi müəyyənləşib.

Trend-in məlumatına görə, ukraynalı Valentina Poltavska finişə birinci çatıb.

Şotlandiyalı Suzanne Motanti ikinci, azərbaycanlı Ayna Yusibova isə üçüncü olublar.

Xatırladaq ki, bu gün Bakıda Heydər Əliyev Fondunun təşkilatçılığı ilə "Bakı Marafonu-2019" keçirilib. "Küləyə qalib gəl" şüarı altında artıq dördüncü ildir təşkil olunan Bakı marafonu Dövlət Bayrağı Meydanından start götürərək Bakı Olimpiya Stadionuna qədər 21 kilometr məsafəni əhatə edib.

Layihənin məqsədi idmanın inkişafına dəstək göstərmək, sağlam həyat tərzini təbliğ etmək, insanları xeyirxah amallar ətrafında bir araya gətirməkdir.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Etiketlər:  Bakı Marafonu 2019un qadın kateqoriyası üzrə qalibi məlum oldu FOTO


RƏYLƏR