Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Markov: Ərdoğanla Putin yeni koalisiya yaradır

Markov: Ərdoğanla Putin yeni koalisiya yaradır

Tarix: 11 Oktyabr 2023 13:14

Putin və Ərdoğan İsrail və Fələstin arasındakı müharibəni müzakirə ediblər və ümumi fikirdə razılığa gəliblər. Rusiya və Türkiyənin bir neçə əsas ortaq mövqeyi var.

Sonxeber.net axar.az-a istinadən bildirir ki, bunu rusiyalı politoloq Sergey Markov deyib.

"1. Uzun onilliklər boyu davam edən müharibənin əsas səbəbi fələstinlilərə öz dövlətlərini yaratmağa icazə verilməməsidir.

2. İsrailin günahı çoxdur.

3. Əsas günah isə ABŞ və Qərbin üzərindədir.

4. HƏMAS-ın istifadə etdiyi kimi terror üsulları qəbuledilməzdir.

5. İsrailin istifadə etdiyi və çox sayda mülki insanın ölümünə səbəb olan hərbi hücum üsulları qəbuledilməzdir.

6. İndi İsrailə Qəzza zolağında tam təmizləmə aparmağa ehtiyac yoxdur, ancaq danışıqlar masasına oturmalıdır", - o bildirib.

Markov qeyd edib ki, Putin və Ərdoğan arasında danışıqlar boş söhbət, əbədi problemə dair boş fikir mübadiləsi deyil, sülh danışıqları üçün geniş beynəlxalq koalisiyanın yaradılmasının başlanğıcıdır:

"Bu koalisiyaya Rusiya, Türkiyə, Səudiyyə Ərəbistanı, Misir və BƏƏ daxil olacaq. Bəlkə də Çinlə Hindistan da. Koalisiya ABŞ-AB birliyinə qarşı çıxacaq".


Etiketlər:  Markov Ərdoğanla Putin yeni koalisiya yaradır


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ