Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Məktəblərdə şagirdlərə əlavə dərs vəsaitləri aldırılır - VİDEO - FOTO

Məktəblərdə şagirdlərə əlavə dərs vəsaitləri aldırılır - VİDEO - FOTO

Tarix: 12 Oktyabr 2023 23:10

Ümumi təhsil müəssisələri şagirdlərə xeyli əlavə dərs vəsaitləri aldırılır. Bu isə şagirdlərin dərs yükünü ağırlaşdırmaqla yanaşı, valideynlərin də maddi yükünün çoxalmasına səbəb olur.

Sonxeber.net Xezerxeber.az-a istinadən bildirir ki, mövzu ilə bağlı danışan təhsil eksperti Kamran Əsədov deyib ki, bu köməkçi vəsaitlərin əksəriyyəti kommersiya maraqlarına xidmət edir.

Eskpert onu da bildirib ki, Elm və Təhsil Nazirliyi tərəfindən müəllimlər üçün metodiki vəsaitlər çap olunur. Həmin medotiki vəsaitlərdə uşaqların işləməsi üçün kifayət qədər tapşırıqlar mövcuddur.

DİM - in mətbuat katibi Xanlar Xanlarzadə isə bu köməkçi vəsaitlərdən istifadənin sərbəst olduğunu bildirib.

Əlavə dərs vəsaitlərinin qiymətlərinə gəlincə isə, bu il bazarda bahalaşma müşahidə olunur.

Xanlar Xanlarzadə qeyd edib ki, əlavə dərs vəsaitlərin qiymətlərindəki artım nəşr xərclərinə çəkilən amillərlə  əlaqədardır.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:


Etiketlər:  Məktəblərdə şagirdlərə əlavə dərs vəsaitləri aldırılır VİDEO FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ