Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Badımcan yemək öd kisəsində daş əmələ gətirir?

Badımcan yemək öd kisəsində daş əmələ gətirir?

Tarix: 13 Oktyabr 2023 02:30

Bir çox insanlara badımcan yemək olmaz. Bu tərəvəz öd daşı xəstəliyi riskini artıra bilər.

Sonxeber.net medicina.az-a istinadən bildirir ki, həkim Veronika Qusakova hansı hallarda badımcandan imtina etməli olduğumuzu açıqlayıb.

"Badımcanda çox miqdarda oksalat maddəsi var, bu isə həm böyrək, həm öd kisəsi daşlarının tərkib hissəsidir. Ona görə daş xəstəliyi olanlara badımcan tövsiyə edilmir.

Eləcə də badımcan digər xəstəliklərdə də əks -göstərişdir. Bunlara psoriaz, böyrək xəstəlikləri, artrit, podaqra daxildir.

Badımcan qalxanvari vəzinin funksiyasına da təsir edir. Əgər insanda zob xəstəliyi varsa, həkimlə məsləhətləşməli, kəskin mərhələdə badımcandan imtina edilməlidir.

Təzyiq dərmanları içənlər üçün də bu tərəvəz yol verilmir.

Qalan digər hallarda badımcan faydalıdır, vitamin mənbəyidir, hüceyrələri sərbəst radikallardan təmizləyir".


Etiketlər:  Badımcan yemək kisəsində daş əmələ gətirir


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ