Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 13 Oktyabr 2023 17:22
İsrail amansız hücuma məruz qalıb, lakin həll yalnız paytaxtı Şərqi Qüds olan müstəqil Fələstinin yaradılması ilə mümkündür.
Sonxeber.net axar.az-a istinadən bildirir ki, bunu Rusiya Prezidenti Vladimir Putin MDB sammitində deyib.
"Rusiya Fələstin-İsrail münaqişəsinin danışıqlar yolu ilə həllinə alternativin olmadığı versiyasından çıxış edir. Danışıqların məqsədi paytaxtı Şərqi Qüds olan, İsraillə sülh və təhlükəsizlik şəraitində birgə yaşayan müstəqil Fələstin dövlətinin yaradılmasını nəzərdə tutan BMT-nin "ikidövlətli" düsturunun həyata keçirilməsi olmalıdır. Əlbəttə ki, biz İsarilin qəddar, misli görünməmiş hücuma məruz qaldığını görürük və təbii ki, onun qorunmaq, mövcudluğunu təmin etmək hüququ var. Bu vəziyyətdə, bu yerdə mənə elə gəlir ki, iki müstəqil dövlətə alternativ yoxdur", - o bildirib.
Putinin sözlərinə görə, İsrailin Qəzzada quru əməliyyatı çərçivəsində yaşayış məntəqələrində ağır texnikadan istifadə etməsi mürəkkəb məsələdir və ciddi nəticələrlə doludur:
"Qəzzada quru əməliyyatına hazırlıq planları haqqında eşidirik. Amma mən və siz başa düşürük ki, yaşayış məntəqələrində ağır texnikanın istifadəsi bütün tərəflər üçün ciddi nəticələrlə dolu mürəkkəb məsələdir. Texnika olmadan isə eyni yaşayış binalarında eyni əməliyyatları həyata keçirmək daha çətindir".