Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Peskov Vardanyanın taleyindən danışdı

Peskov Vardanyanın taleyindən danışdı

Tarix: 13 Oktyabr 2023 18:24

Rusiya Prezidenti Vladimir Putin Azərbaycan Prezidenti İlham Əliyevlə Ruben Vardanyanın taleyini müzakirə etməyib.

Sonxeber.net APA-ya istinadən bildirir ki, bu barədə Kremlin mətbuat katibi Dmitri Peskov bildirib.

"Rusiya və Azərbaycan liderləri görüşün açıq hissəsində Vardanyan ətrafındakı vəziyyəti müzakirə etməyiblər", - Kremlin sözçüsü vurğulayıb.

Qeyd edək ki, separatçıların sabiq "dövlət naziri" Ruben Vardanyan 27 sentyabr 2023-cü il tarixində saxlanılaraq, ittiham elan edilməklə təqsirləndirilən şəxs qismində cinayət məsuliyyətinə cəlb olunub. Məhkəmə qərarı ilə haqqında 4 aylıq həbs qətimkan tədbiri seçilib.


Etiketlər:  Peskov Vardanyanın taleyindən danışdı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ