Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 1 Noyabr 2019 11:20
“Fənərbaxça”nın futbolçusu Adil Rami sıradan çıxıb.
Qol.az-ın məlumatına görə, bu barədə klubun rəsmi saytı xəbər yayıb.
Fransalı müdafiəçi Türkiyə kubokunun 4-cü mərhələsində səfərdə “Tarsus İdman Yurdu” ilə oyunun (1:3) 61-ci dəqiqəsində zədələnərək meydanı tərk etmişdi. Tibbi müayinədən keçən 33 yaşlı futbolçunun qasıq əzələsində yırtıq aşkarlanıb. Müalicəsinə start verilən Adilin 3 həftə yaşıl meydanlardan uzaq qalacağı gözlənilir.
Qeyd edək ki, Fransa millisinin sabiq üzvü bu yay transfer pəncərəsində “Marsel”dən ayrılaraq “sarı-lacivərtli” kluba keçib.