Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Paşinyan Qarabağla bağlı mövzunu qapadı - Putin

Paşinyan Qarabağla bağlı mövzunu qapadı - Putin

Tarix: 13 Oktyabr 2023 23:46

Ermənistan Baş naziri Nikol Paşinyanın Praqada ötən il bəyanatından sonra Qarabağın statusunu əsaslı şəkildə dəyişdi, daha dəqiqi, Qarabağın statusunu müəyyən etdi.

Sonxeber.net axar.az-a istinadən bildirir ki, bu sözləri Rusiya Prezidenti Vladimir Putin deyib.

O bildirib ki, Paşinyanın bu bəyanatından sonra Qarabağ Azərbaycanın dəqiq ərazisi oldu:

"O ki qaldı Qarabağ ərazisinin indi sizin dediyiniz kimi, faktiki olaraq Azərbaycanın ərazisi olmasına, bu, indi baş verməyib. Keçən il, məncə, noyabrda Baş nazir Paşinyan Praqada keçirilən görüşdə Qarabağın statusunu kökündən dəyişdirən, yəni Qarabağın statusunu müəyyən edən bəyanatla çıxış etdi. Ermənistan Qarabağın Azərbaycan Respublikasının bir hissəsi olduğunu tanıdı", - Kreml rəhbəri bildirib.

Onun sözlərinə görə, əvvəlki illərdə bütün müzakirələr eyni məsələ - Qarabağın statusu ətrafında gedirdi:

"Beləliklə, ötən il Praqada Ermənistan rəhbərliyi bu mövzunu qapadı və dedi: Qarabağ Azərbaycanın bir hissəsidir və hətta kvadrat kilometrin sayını da göstərdi və 1991-ci il sərhədlərinə - Sovet İttifaqında müəyyən edilmiş sərhədlərə istinad etdi. Vəssalam. Mövzu qapandı".


Etiketlər:  Paşinyan Qarabağla bağlı mövzunu qapadı Putin


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ