Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Ağamirzə: “Ağakərimin vəziyyəti yaxşı deyil”

Ağamirzə: “Ağakərimin vəziyyəti yaxşı deyil”

Tarix: 17 Oktyabr 2023 06:35

"Ağakərimin vəziyyəti yaxşı deyil". 

Sonxeber.net bizim.media-ya istinadən bildriir ki, bu sözləri meyxanaçı Ağamirzə Məmmədov uzun illərdir yataq xəstəsi olan həmkarı Ağakərim ləqəbi ilə məşhurlaşan Kərim Novruzov haqda qonaq olduğu "Rəngarəng səhər" verilişində deyib. 

Söz xiridarı Ağakərimin səhhəti ilə bağlı bunları söyləyib:

"Dəfələrlə ona baş çəkirəm. Onun yanında 3-4 dəqiqədən artıq qala bilmirəm. Ona bəlkə, 20 dəfə salam verirəm. Bəlkə də o, verdiyim salamların yalnız birində başını yuxarı qaldırıb, salamlaşır. Mən çıxıb gedəndən sonra məni arada bir tanıyır. Amma çox zaman tanımır. Onun bu hala düşməsinin səbəbi yüksək təzyiq, insult keçirməsi, şəkər xəstəliyindən əziyyət çəkməsi oldu". 
Qeyd edək ki, 2017-ci ildə Ağakərimin beyninə qan sızıb. Meyxanaçı ötən ilin dekabrında ikinci dəfə insult keçirib. 


Etiketlər:  Ağamirzə Ağakərimin vəziyyəti yaxşı deyil


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ