Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Qəzzada BMT-nin məktəbi vurulub

Qəzzada BMT-nin məktəbi vurulub

Tarix: 17 Oktyabr 2023 21:34

Qəzzada BMT-nin Fələstinli Qaçqınlara Yardım və İşlərin təşkili üzrə Yaxın Şərq Agentliyinin (UNRWA) məktəbi vurulub.

Milli.Az APA-ya istinadən bildirir ki, bu barədə BMT Agentliyi məlumat yayıb.

Bildirilib ki, bu gün günorta saatlarında Qəzzanın orta bölgəsindəki əl-Mağazi qaçqın düşərgəsində UNRWA məktəbinin vurulması nəticəsində azı 6 nəfər həlak olub.

"Onlarla insan yaralanıb (o cümlədən UNRWA əməkdaşları) və məktəbin binasına ciddi ziyan dəyib.

Rəqəmlərin artacağı ehtimalı var.

"Məktəb İsrail qüvvələrinin Qəzza zolağına hava hücumları və bombardmanı zamanı vurulub", məlumatda deyilir.

Qeyd olunub ki, bu məktəbə ən azı 4000 insan sığınıb.

"Oktyabrın 7-də müharibə başlayandan bəri UNRWA gündəlik olaraq müvafiq tərəflərə obyektlərinin koordinatlarını təqdim edir," - BMT Agentliyi vurğulayıb.

Milli.Az


Etiketlər:  Qəzzada BMT nin məktəbi vurulub


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ