Tarix: 1 Noyabr 2019 16:00
Futbolçu karyerasının ötən ay başa vuran Samuel Eto’o iddialı açıqlaması ilə gündəmə gəlib.
Qol.az xəbər verir ki, kamerunlu veteran hücumçu Afrikanın ən yaxşı futbolçusu olduğunu deyib:
"Corc Vea və digərlərinə hörmətim böyükdür. Ancaq hər kəsin karyerası ortadadır. Qəbul etsək də, etməsək də Afrikanın ən yaxşısı mənəm".
Qeyd edək ki, Avropada “Real”, “Malyorka”, “Barselona”, “İnter”, “Anji”, “Çelsi”, “Everton”, “Sampdoriya”, “Antalyaspor” və “Konyaspor”da çıxış etmiş 38 yaşlı Eto’o 4 dəfə Afrikanın ən yaxşı futbolçusu seçilib.