Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

60 yaşlı aktrisa gözəllik sirrindən danışdı: Kədərlərə güləcəksən

60 yaşlı aktrisa gözəllik sirrindən danışdı: Kədərlərə güləcəksən

Tarix: 18 Oktyabr 2023 19:25

Uzun fasilədən sonra "Üç kız kardeç" serialından rol alan aktrisa Aydan Şener "Hurriyet" qəzetinə müsahibə verib.

Sonxeber.net publika.az-a istinadən xəbər verir ki, 60 yaşlı sənətçi layihədə güclü qadın obrazını canlandırdığını bildirib. "Bəs siz güclü qadınsınız" sualına isə sənətçi belə cavab verib:

"Eynilə eləyəm. Güclü qadınları oynamağı sevirəm, kaş ki, bütün qadınlarımız elə olsa. Günümüzdə də qadınların çox güclü xarakterləri var. Bəlkə ana olduqları üçün belədir. Yalnız qalanda qadın yaşaya bilir, odur ki, boşanmaqdan və tək qalmaqdan qorxmurlar. Amma kişilər adətən nizamlı pozulmasın, alışdıqları rutinləri davam etsin deyə boşanmaya yanaşmazlar. O üzdən də qadın cinayətləri gerçəkləşir. Amma qadın nə olursa-olsun, istisnalar da olsa güclü məxluqlardır".

1981-ci ildə Türkiyədə gözəllik müsabiqəsində qalib gələn aktrisa rolu ilə həyatı arasındakı bənzərliyindən də söz açıb:

"Ssenariyə əsasən 1970-ci illərdə gözəllik kraliçası seçilən Müjgan obrazı da mənim kimidir... Məncə, ssenaristlərimiz yəqin ki, ilhamlanıb. Gözəldir, amma təbii ki, serialda o hadisə ön plana çıxmayacaq.

Keçmişə getsəydim, ilk növbədə özümə heç nəyə əsəbləşməməyi məsləhət görərdim. Deyərdim ki, bu həyatda hər şey keçicidir və heç nəyə görə özünü yormamalı və öz dəyərini bilməli, heç kimə layiq olduğundan artıq dəyər vermə. Hər şeyə görə çox narahat olmayın, çünki bu dünyada hər şey müvəqqətidir. Gələcəkdə bu kədərlərə güləcəksən. Bunlar zamanla başa düşülən şeylərdir. Həqiqətən təcrübə ilə insanlar müsbət mənada çox şeyi dəyişə bilər".

Aydan Şener həm də gözəllik sirlərindən danışıb:

"Əlbəttə ki, zaman deyə bir şey var, biz dəyişirik. Amma deyə bilərəm ki, özümə yaxşı baxıram. Bütün günü gözəllik salonlarına və ya estetik mərkəzlərə getməkdənsə, gündə 8 saat yataraq və qidalanmama çox diqqət yetirməklə bunu edirəm. Təbii ki, genetikanın da təsiri var. Amma "yaşımdan cavan görünmək istəyirəm" problemim yoxdur. Yaş mənim üçün sadəcə bir rəqəmdir. Hiss etdiklərim çox vacibdir. Mən heç vaxt o uşaq tərəfimi itirmişəm. Mən sadəlövh, həvəsli, bəzən saf, bəzən də çılğın olan tərəflərimi itirməmişəm".


Etiketlər:  yaşlı aktrisa gözəllik sirrindən danışdı Kədərlərə güləcəksən


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ