Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Qurban Qurbanov Tovuzda kimə görə narahat olub?

Qurban Qurbanov Tovuzda kimə görə narahat olub?

Tarix: 20 Oktyabr 2023 22:00

"Qarabağ" Azərbaycan Premyer Liqasının 10-cu turunda səfərdə "Turan Tovuz"la 2:2 hesablı heç-heçə edib.

Milli.Az publika.az-a istinadən xəbər verir ki, Ağdam təmsilçisinin baş məşqçisi Qurban Qurbanov jurnalistlərin suallarını cavablandırıb:

- "Turan Tovuz"u təbrik edirəm. Öz oyunumuzdan razı qalmadım. Komanda ritmi itirmişdi. Bunu hiss etdim. Hər bir halda xallarımızın üzərinə 1 xal gəldi. İtkilərimiz də var idi. Fasilə ərəfəsində yorğunluq çox idi. Marko Yankoviç millidə zədələnib. 1-2 həftə bizimlə olmayacaq.

- Qələbə üçün nə çatmadı?

- 2 qol vurduq, bəs etmədi. 3-cü qolu vurmaq lazım idi. Son vaxtlar çempionatda nadir hallarda 2 top buraxırıq. "Turan Tovuz" standart vəziyyətlərdə təhlükəlidir. Hər iki komanda layiq olduğunu qazandı.

- Əsas oyunçuların bəzilərini 90 dəqiqə meydanda saxladınız. Bu, "Bayer"lə oyundan öncə riskli deyildi?

- Risklər olacaq. Zatən bunu çox etmişik. Biz qarşıdakı oyunu fikirləşə bilmərik. Belə hallar olur. Çalışacağıq ki, futbolçular yaxşı bərpa olsunlar.

- Fasilədən sonra gözlənilməz qol buraxdınız. Bu, sizin planlarınızı pozdu?

- Həmin qolda diqqətsizlik oldu. "Turan Tovuz"un belə hücumları çoxdur. Plan dedikdə, daha çox Patrik Andradeyə görə narahat idim. Onu heç meydana buraxmadım. Bəli, nəticə bəzi planları etməyə imkan vermədi.

- Matias Silvaya narazılığınızı bildirirdiniz. Onun əvəzlənməsi oyunu ilə bağlı idi?

- Oyundan narazı deyildim. Sadəcə bir-iki epizod var idi ki, diqqətli olmalı idi. Əvəzetmə limitlə bağlı idi.

- "Bayer"lə oyun haqda fikirləriniz necədir?

- "Bayer" əlbəttə ki, ciddi rəqibdir. Tək çıxış etdiyi çempionata görə yox, həm də oyununa görə. İstərdim ki, bütün futbolçular hazır olsun. Heyət optimal deyil. Çalışacağam ki, bəzi şeylər haqda daha çox düşünüm.

- Rahil Məmmədovun oynamamasının səbəbi nə idi?

- Risk var idi. Millidə iki oyunda 90 dəqiqə oynayıb. Maksim və Kevinin də ritmə düşməyinə ehtiyac var.

- Sabah Budapeştə səfəriniz gözlənilir, mükafat alacaqsınız. Bu, sizin üçün gözlənilməz oldu?

- Bəli, getməliyəm. Əvvəldən bildirilmişdi ki, belə bir tədbir olacaq. Oyun gününə düşsəydi, getməyəcəkdim. Qayıdandan sonra daha çox fikir bildirə biləcəm.

Milli.Az


Etiketlər:  Qurban Qurbanov Tovuzda kimə görə narahat olub


RƏYLƏR