Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Rusiya hər ay 20 min insan göndərir - Kəşfiyyat

Rusiya hər ay 20 min insan göndərir - Kəşfiyyat

Tarix: 23 Oktyabr 2023 08:58

Rusiyada hər ay 20 mindən çox insan Ukraynaya qarşı müharibəni davam etdirmək üçün səfərbər olunur.

Sonxeber.net axar.az-a istinadən bildirir ki, bunu Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin nümayəndəsi Andrey Yusov deyib.

O bildirib ki, çağırışçıların səfərbərliyi planlaşdırıldığı kimi davam edir, lakin bu, açıq şəkildə təcavüzkar üçün kifayət etmir:

"Ayda 20 mindən çox şəxs müxtəlif yollarla səfərbərliyə cəlb olunur. Cəlb edilənlər arasında məhbuslar və borclular var. Rusiya komandanlığı keçmiş hərbçilərlə məcburi müqavilə də imzalayır. Onları yoxlamaq üçün hərbi komissarlığa çağırırlar, müqavilə bağlayırlar və prinsipcə, adam geri qayıtmır, çünki əks halda hansısa cinayət təqibi və ya həyatda başqa problemlərlə hədələyirlər".


Etiketlər:  Rusiya hər insan göndərir Kəşfiyyat


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ