Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Türkiyəli məşhur cütlük ölkədən qaçıb?

Türkiyəli məşhur cütlük ölkədən qaçıb?

Tarix: 25 Oktyabr 2023 13:45

Haqqlarında irəli sürülən ittihamlarla əlaqədar istintaq başladıldığı və mal varlıqları müsadirə olunduqdan sonra ölkədən qaçdıqları iddia olunan türkiyəli sosial media fenomeni Dilan Polat həyat və yolaşı Enginin Polat açıqlama verib.

Sonxeber.net baku.ws-ə istinadən bildirir ki, ailənin vəkillərinin verdiyi yazılı açıqlamada cütlüyün həyatlarına davam etdikləri və ölkəni tərk etmədikləri bildirilib.

Xatırladaq ki, Dilan Polat həyat və yolaşı Enginin Polatın bütün mülkləri müsadirə edilib, cütlüyün xaricə çıxışına da qadağa qoylub.

Məlumat üçün bildirək ki, cütlük Türkiyədə və bir çox ölkələrdə gözəllik salonları şəbəkəsinə sahibdir, həmçinin kosmetik məhsulların istehsalı ilə məşğul olurlar. Onların iki övladı var.

Dilan Polatın sonuncu dəfə qatıldığı proqramda qızıl tozu qatdığı qəhvəni içməsi, eləcə də bəzən hər hansı ticarət mərkəzində gün ərzində 750 min lirə xərcləməsini və hər ay 1 milyon lirəlik yardım etməsini açıqlaması sosial şəbəkələrdə böyük müzakirələrə səbəb olub, bunun ardınca Maliyyə Cinayətlərini İstintaq Şurası (MASAK) hərəkətə keçib.


Etiketlər:  Türkiyəli məşhur cütlük ölkədən qaçıb


RƏYLƏR

OXŞAR XƏBƏRLƏR