Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Deputat: Heç bir elektoratı olmayan radikal müxalifət xarici anti-Azərbaycan qüvvələrdən mədət umur

Deputat: Heç bir elektoratı olmayan radikal müxalifət xarici anti-Azərbaycan qüvvələrdən mədət umur

Tarix: 2 Noyabr 2019 14:33

Bakı. Elçin Mehdiyev – Trend:

Müxalifət 2 noyabra təyin etdiyi mitinqi təxirə salıb. Hesab edirəm ki, bu qərarın qəbul edilməsinin əsas səbəbi onların xalq tərəfindən dəstək görməməsidir.

Bunu Trend-ə Milli Məclisin Yeni Azərbaycan Partiyasından olan deputatı Sona Əliyeva deyib.

Deputatın sözlərinə görə, məlum məsələdir ki, radikal müxalifətin arxasında heç bir elektoratı yoxdur: “19 oktyabrda keçirilən mitinqə diqqət yetirək - Bakı Şəhər İcra Hakimiyyətinin təklif etdiyi yerdə deyil, məhz şəhərin mərkəzində qanunsuz mitinqə cəhdlər edildi. Onların xüsusi təşəbbüsü olmadan da ham bilir ki, 28 May metrostansiyasının ətrafında hər gün minlərlə adam olur. Hamı anlayır ki, radikal müxalifətin bu seçimi nəyə hesablanmışdı. Əsas məqsəd xaos görüntüsü yaratmaq və bunu xarici havadarlarına göstərmək idi. Təəssüf ki, ölkə daxilində heç bir elektoratı olmayan radikal müxalifət xarici anti-Azərbaycan qüvvələrdən mədət umur. Bu, "Milli Şura" adlı qurumun rəhbəri Cəmil Həsənlinin bu günlərdə ABŞ-da keçirdiyi görüşdəki çıxışında da sübut olundu. O, beynəlxalq təşkilatları Azraycana sanksiya tətbiq etməyə çağırmaqla radikal müxalifətin əsl antimilli üzünü göstərdi".

S.Əliyeva əlavə edib ki, həqiqət budur - Azərbaycan xalqı ölkə başçısı İlham Əliyevə alternativ tanımır. Prezidentin rəhbərliyi ilə ölkədə görülən işlər, aparılan islahatlar əhalinin rifahının yaxşılaşmasına hesablanıb.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Etiketlər:  Deputat Heç elektoratı olmayan radikal müxalifət xarici anti Azərbaycan qüvvələrdən mədət umur


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ