Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Azərbaycan minifutbol millisi dünya çempionatına qələbə ilə başlayıb

Azərbaycan minifutbol millisi dünya çempionatına qələbə ilə başlayıb

Tarix: 27 Oktyabr 2023 23:08

Minifutbol üzrə Azərbaycan millisi Birləşmiş Ərəb Əmirliklərinin Ras Əl-Xayma şəhərində təşkil olunan dünya çempionatına qələbə ilə başlayıb.

Sonxeber.net report-a istinadən xəbər verir ki, Elşad Quliyevin yetirmələri mundialdakı debüt matçında İraq yığmasına qalib gəliblər.

Mirmehdi Rzayevin 16-cı, Elvin Əlizadənin isə 28-ci dəqiqədə vurduğu qol sayəsində Azərbaycan yığması 2:0 hesablı qələbə qazanıb.

Qrupun digər qarşılaşmasında Misir Küveyti eyni hesabla üstələyib.

G qrupunda yer alan Azərbaycan millisi növbəti matçını oktyabrın 29-da Misirə qarşı keçirəcək.


Etiketlər:  Azərbaycan minifutbol millisi dünya çempionatına qələbə ilə başlayıb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ