Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

KİV: İsrail tankları Qəzza zolağına doğru irəliləyir

KİV: İsrail tankları Qəzza zolağına doğru irəliləyir

Tarix: 27 Oktyabr 2023 23:58

İsrail müdafiə qüvvələrinin tank birləşmələri Fələstin anklavının şimalında yerləşən Beyt-Hanun şəhərində təhlükəsizlik səddinə bitişik ərazidə Qəzza zolağına doğru irəliləyir.

Milli.Az report-a istinadən xəbər verir ki, bu barədə yerli mənbələrə istinadən "Sky News Arabia" məlumat yayıb.

Telekanalın məlumatına görə, anklavın şimal sərhədində atışma və partlayış səsləri eşidilir. Öz növbəsində "Al Arabiyya" telekanalı qonşu Beyt Lahiya şəhərinin intensiv atəşə tutulduğunu qeyd edir. İsrail ordusu Qəzza zolağının şimalı üzərində də məşəllərdən atəş açır.

Milli.Az


Etiketlər:  KİV İsrail tankları Qəzza zolağına doğru irəliləyir


RƏYLƏR