Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

“Bu gecədən “Qarabağ”la oyunun hazırlığına başlayıram” – Tomas Doll

“Bu gecədən “Qarabağ”la oyunun hazırlığına başlayıram” – Tomas Doll

Tarix: 3 Noyabr 2019 10:28

APOEL-in baş məşqçisi Tomas Doll Kipr çempionatında dünən AEK-ə qarşı oyunu (0:0) şərh edib.

Qol.az xəbər verir ki, oyundan sonra keçirilən mətbuat konfransında almaniyalı mütəxəssis bildirib ki, nəticədən narazı qalsa da, futbolçular qələbə qazanmaq üçün əllərindən gələni ediblər.

Tomas Doll noyabrın 7-də “Qarabağ”la keçiricəkləri Avropa Liqasının qrup matçı barədə də fikirlərini bildirib: “Biz indi başımızı dik tutmalıyıq. Gələn 4-cü günü vacib oyunumuz var”.

Ağdam klubu ilə görüşdə heyətdə hər hansı bir dəyişiklik olacağı haqda suala cavabında Tomas Doll deyib: “Bu gün yaxşı oynadıq. Hamı mübarizə apardı. Amma nəticə pis oldu. Çox imkan yaratdıq. Gəlin, ədalətli olaq. Mən indi deyə bilmərəm ki, qarşıdakı matçda kimlər meydana çıxacaq. Ola bilər, artıq bu gecədən etibarən beynimdə növbəti oyunun hazırlığına başlayım”. 

 


Etiketlər:  gecədən Qarabağla oyunun hazırlığına başlayıram Tomas Doll


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ