Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 30 Oktyabr 2023 15:56
Moldova hakimiyyəti ölkə ərazisində Rusiya KİV-lərinin saytını bloklayıb.
Sonxeber.net APA-ya istinadən bildirir ki, Moldovanın blokladığı Rusiya KİV-ləri arasında TASS, "Komsomolskaya pravda", "Arqumentı i faktı", "Regnum", "İnterfaks", "Parlamentskaya Qazeta" və digər KİV-lərin saytları yer alır.
Bloklanan media resursları arasında 2023-cü ilin iyununda Yevgeni Priqojinin silahlı üsyan cəhdindən sonra fəaliyyətini dayandıran RİA FAN saytı da var.