Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Fransız müğənni və aktrisası Mari Laforet vəfat edib

Fransız müğənni və aktrisası Mari Laforet vəfat edib

Tarix: 3 Noyabr 2019 19:48

Bakı. Trend:

Fransa-isveçrə müğənni və aktrisası Mari Laforet İsveçrənin Jenol şəhərində 80 yaşında vəfat edib.

Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, bu barədə bazar günü Agence France-Presse (AFP) xəbər verib.

Mari Laforet (əsl adı Mayten Mari Brijit Dümenak) 1939-cu ildə Sulak-Sür-Mer şəhərində anadan olub. O, ilk dəfə 19 yaşında, fransız televiziya kanallarından birində "Ulduzun doğuşu" yarışmasında səhnəyə çıxıb. 23 yaşında səhnədə populyarlıq qazanıb. 1978-ci ildə İsveçrəyə köçüb və İsveçrə vətəndaşlığını alıb.

Laforet "Parlaq günəşdə" (Plein soleil, rejissor Rene Klemant, 1960), "Sərgüzəştçilər" (Les morfalous, rejissor Anri Verney, 1984), "Sprut-3" (La piovra, rejissor Luigi Perelli, 1987) serialları daxil olmaqla onlarla film və serialda rol almışdır.Alen Delon və Jan-Pol Belmondo həmkarlarıq etmişdir.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Etiketlər:  Fransız müğənni aktrisası Mari Laforet vəfat edib


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ