Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Boyunbağının kulonunda Allahın adı yazılıbsa...

Boyunbağının kulonunda Allahın adı yazılıbsa...

Tarix: 2 Noyabr 2023 06:16

Dinimizin vacib hökmlərindən biri budur ki, insan dəstəmazsız və ya qüslsüz halda müqəddəs adlara və yazılara toxunmasın. Müqəddəs adlar və yazılar deyərkən Qurani-Kərimin ərəbcə yazısı (istər səhifə, istərsə də ayrı-ayrı surə və ya ayələr şəklində), Allah-Taalanın, peyğəmbərlərdən və imamlardan hər hansı birinin, Həzrət Fatimənin (ə) hər hansı əlifba ilə yazılmış adı nəzərdə tutulur. Bunlara əllə toxunmaq, yazıları öpmək dəstəmaz və qüslsüz halda günahdır. Toxunmaq deyərkən yalnız əl dəymək və öpmək deyil, dərinin hər hansı yerinə bu yazıların dəyməsi nəzərdə tutulur. Üzərində müqəddəs adlar və ya ayələr yazılmış kulonun, üzük qaşının da dəriyə toxunması zamanı diqqətli olmaq lazımdır. Dəstəmazsız halda bu cür kulonları, dəriyə toxunmasın deyə paltarın üzərindən taxmaq məsləhətdir. Ayaqyoluna gedərkən bu cür kulonları imkan daxilində çıxarıb pak yerə qoymaq daha yaxşıdır. Əgər buna şərait yoxdursa, kulonu üst paltarın altına salmaq və görünməsinin qabağını almaq məsləhətdir, bu yolla müqəddəs adlara ehtiram göstərilmiş olar. Bir daha diqqət yetirmək lazımdır ki, bu halda kulon dəriyə toxunmamalı, iki paltarın arasında qalmalıdır. Üzərində müqəddəs yazı olan üzüyü isə ayaqyoluna girməzdən qabaq çıxarıb cibə qoymaq kifayətdir.


Etiketlər:  Boyunbağının kulonunda Allahın adı yazılıbsa


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ