Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Messi karyerasının ən vacib qolunu açıqladı - VİDEO

Messi karyerasının ən vacib qolunu açıqladı - VİDEO

Tarix: 2 Noyabr 2023 10:06

"İnter Mayami"nin əfsanəsi Lionel Messi karyerasının ən yaddaqalan qolunu açıqlayıb.

Milli.Az publika.az-a istinadən xəbər verir ki, o, 2011-ci ildə Çempionlar Liqasının yarımfinalında "Barselona"nın heyətində "Real"a vurduğu qolu futbolçu kimi çıxış etdiyi dönəmin ən vacibi hesab edir:

"Mən həmişə deyirəm ki, vacib qollar Çempionlar Liqasının finalında, Dünya Kubokunun finalında vurulan qollardır. Həmişə xatırladığım qol Çempionlar Liqasının yarımfinalında "Real Madrid"ə 2:0 hesabı ilə qalib gəldiyimiz zaman vurduğumuz qoldur", - hücumçu qeyd edib.

Qeyd edək ki, 2 gün öncə Messi səkkizinci dəfə "Qızıl top"u qazanıb. O, karyerası ərzində 2009, 2010, 2011, 2012, 2015, 2019 və 2021-ci illərdə bu mükafata layiq görülüb.

Milli.Az


Etiketlər:  Messi karyerasının ən vacib qolunu açıqladı VİDEO


RƏYLƏR