Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 3 Noyabr 2023 07:34
İsrail Müdafiə Qüvvələri son bir neçə saat ərzində Qəzza zolağında 130-dan çox yaraqlını zərərsizləşdirib.
Sonxeber.net report-a istinadən xəbər verir ki, bu barədə İsrail ordusunun mətbuat xidməti məlumat yayıb.
Qeyd olunub ki, İsrail qoşunları terrorçuların infrastrukturuna hücum edib və Qəzzada yerüstü əməliyyatlar zamanı aşkar edilən çoxlu silah-sursatları məhv edib.
İsrail ordusu həmçinin bildirib ki, hərbi təyyarələr HƏMAS-ın hərbi komandanlıq mərkəzləri və idarəetmə mərkəzlərinə ciddi zərbələr vurub.