Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Əməkdar artistdən illər sonra etiraf

Əməkdar artistdən illər sonra etiraf

Tarix: 3 Noyabr 2023 09:55

"Kino səhnədən çox fərqlidir, hissə-hissə, dəqiqə-dəqiqə çəkilir, sonradan montaj edilir".

Milli.Az xəbər verir ki, bu fikirləri arzuladığı, amma oynamadığı obrazlardan danışan Əməkdar artist Rəhman Rəhmanov Yenicag.az-a açıqlamasında deyib.

Aktyor kinodan çox səhnə fəaliyyətinə üstünlük verdiyini bildirib:

"Sovetlər dönəmindən bu günə qədər kinostudiyanın istehsal etdiyi 10 bədii filmə çəkilmişəm. Böyük aktyorlarla bərabər irili-xırdalı rollarda oynamışam.

Ancaq kinoya çəkilməyin o qədər də aşiqi olmamışam. Çünki kinoya çəkilən aktyorlarımız bu işin içində olublar. Kino səhnədən çox fərqlidir. Hissə-hissə, dəqiqə-dəqiqə çəkilir, sonradan montaj edilir.

Mən əsasən, teatr aktyoruyam. Kukla Teatrında arzuladığım, amma oynamadığım rollar olub. İndiyə qədər də ürəyimdə qalıb. İki obraz olub, həmişə gözləmişəm ki, o əsərlər səhnələşdirilsin və mən də oynayım. Bu günə qədər o arzuma çatmamışam".

Milli.Az


Etiketlər:  Əməkdar artistdən illər sonra etiraf


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ