Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Rusiya ilə problemlərimiz var – Mirzoyan

Rusiya ilə problemlərimiz var – Mirzoyan

Tarix: 3 Noyabr 2023 16:06

Hazırda Ermənistanla Rusiya arasında münasibətlərdə müəyyən problemlər var, Ermənistanın problemləri konstruktiv şəkildə müzakirə etmək, anlamaq və həll etməkdən başqa mövqeyi yoxdur.

Milli.Az axar.az-a istinadən bildirir ki, bunu Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan deyib.

"Ermənistan çoxsaylı və çoxsahəli əlaqələrə malik olduğu Rusiya ilə münasibətlərini bundan sonra da inkişaf etdirəcək. Təbii ki, bu münasibətlərdə müəyyən problemlərin olduğu aydındır. Çox şey bizi qane etmir, çox şey bizi təəccübləndirir, başa düşdüyüm kimi, Rusiya da eyni münasibətdədir. Əminik ki, rusiyalı tərəfdaşlarımızı təəccübləndirən şey müxtəlif mediada gördüyümüz siyasətin nəticəsidir. Problemləri konstruktiv müzakirə etmək, anlamaq, həll etmək, dostluq və əməkdaşlıq ruhunda irəliləməkdən başqa mövqeyimiz yoxdur", - o bildirib.

Milli.Az


Etiketlər:  Rusiya ilə problemlərimiz Mirzoyan


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ