Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

“Qarabağ” “Kəpəz”ə qarşı

“Qarabağ” “Kəpəz”ə qarşı

Tarix: 4 Noyabr 2023 11:06

Azərbaycan Premyer Liqasında 12-ci turun oyunları keçirilir. "Qafqazinfo" xəbər verir ki, bu gün daha iki qarşılaşma baş tutacaq.

Milli.Az "qafqazinfo"ya istinadən xəbər verir ki, əvvəlcə "Qarabağ" "Kəpəz"i qəbul edəcək. Ağdam klubu qələbə qazanmaqla liderliyi ələ keçirə bilər.

Günün digər matçı "Sumqayıt" "Araz-Naxçıvan" arasında baş tutacaq.

Turun ilk oyununda "Səbail" "Turan Tovuz"a qalib gəlib. "Qəbələ" - "Neftçi" və "Sabah"- "Zirə" matçları isə sabah keçiriləcək.

Azərbaycan Premyer Liqası
12-ci tur
4 noyabr

"Qarabağ" - "Kəpəz"
Hakimlər: Emin Əliyev, Müslüm Əliyev, Rahil Ramazanov, Rəvan Həmzəzadə
Tofiq Bəhramov adına Respublika Stadionu, 16:00

"Sumqayıt" - "Araz-Naxçıvan"
Hakimlər: Elçin Məsiyev, Pərvin Talıbov, Teymur Teymurov, Fərid Hacıyev
"Kapital Bank Arena", 18:00

Milli.Az


Etiketlər:  Qarabağ Kəpəzə qarşı


RƏYLƏR