Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Bizim yalnız bir Putinimiz var - Peskov

Bizim yalnız bir Putinimiz var - Peskov

Tarix: 4 Noyabr 2023 20:16

"Bizim yalnız bir Putinimiz var".

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov "Rusiya" sərgi-forumu çərçivəsində "Bilik" cəmiyyətinin marafonunda çıxışı zamanı deyib.

Peskov Putinin "dublyor"ları ilə bağlı müzakirələrə növbəti dəfə münasibət bildirib.

"Yəqin ki, müxtəlif teleqram kanallarını oxuyursunuz. Prezident Putinin neçə "dublyor"u var? İndi ekspertlər onların üç və ya dörd olduğunu təxmin edirlər. Bəs, hər gün gördüyümüz kimdir? Bu səhər Minin və Pozharskinin abidəsinin önünə çiçəklər qoyan üçüncü, yoxsa dördüncü "dublyor"dur? Aydın deyil, elə deyilmi? Bizim isə yalnız bir Putinimiz var", - Peskov qeyd edib.

Qeyd edək ki, Kreml bundan əvvəl Rusiya Prezidenti Vladimir Putinin oxşarı olması və onun bəzən Rusiya liderini əvəz etməsi barədə yayılan məlumatları təkzib etmişdi.

Milli.Az


Etiketlər:  Bizim yalnız Putinimiz Peskov


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ